Peşə təhsili müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: 2 gün şans verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Peşə təhsili müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: 2 gün şans verildi

15:32 - 31 / 08 / 2020
Peşə təhsili müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: 2 gün şans verildi

Peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər üçün sənəd qəbulunun müddəti 2 gün uzadılıb.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, sözügedən şəxslər 2 sentyabr tarixinədək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Sənəd qəbulu pandemiya şəraitinə uyğun xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edilir.

Uğurlu nəticə göstərən şəxslər arasında xüsusi karantin rejimi ilə əlaqədar olaraq təhsil müəssisəsinin yerləşdiyi şəhərə/rayona giriş icazəsi olmayanlar varsa, onlar qəbul olunduqları müəssisə ilə əlaqə saxlayaraq sənədlərini müvəqqəti elektron şəkildə göndərə və ya yaşadıqları əraziyə yaxın yerləşən digər peşə təhsili müəssisəsinə təqdim edə bilərlər.

Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər. II mərhələ barədə ictimaiyyətə məlumat veriləcək.

Qafar Ağayev

Paylaş:
653

Son xəbərlər

Bütün xəbərlər