Vilyam Hacıyevin həbs müddəti uzadıldı

Səbail rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
1news.az APA-ya istinadən bildirir ki, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.
Qərara əsasən, Vilyam Hacıyev barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Xatırladaq ki, V.Hacıyev Səbail rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İmişli rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla Vilyam Hacıyev saxlanılmışdı.
1news.az
652