Bu gün riyaziyyat müəllimi olmaq istəyən 3330 namizəd imtahan verir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün riyaziyyat müəllimi olmaq istəyən 3330 namizəd imtahan verir

09:27 - 02 / 09 / 2020
Bu gün riyaziyyat müəllimi olmaq istəyən 3330 namizəd imtahan verir

Sentyabrın 2-də riyaziyyat fənni üzrə test imtahanları keçirilir.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, imtahanlarda 3330 namizədin iştirakı nəzərdə tutulur.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Qafar Ağayev

Paylaş:
442

Son xəbərlər

Bütün xəbərlər