Bakıda kran aşdı, ölən var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kran aşdı, ölən var - FOTO

15:17 - 04 / 09 / 2020
Bakıda kran aşdı, ölən var - FOTO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması barədə məlumat daxil olub.

1news.az xəbər verir ki, dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb.  Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb.

İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.

Qafar Ağayev

Paylaş:
1414

Son xəbərlər

Bütün xəbərlər