Azərbaycanda yeni tədris ili üçün tətil günləri açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yeni tədris ili üçün tətil günləri açıqlandı

12:25 - 08 / 09 / 2020
Azərbaycanda yeni tədris ili üçün tətil günləri açıqlandı

2020-2021-ci tədris ili üçün tətil günləri açıqlanıb.

APA-nın məlumatına görə, Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ili üçün əsas tədris planlarına dair əmrində bildirilib ki, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayacaq, iyunun 14-də başa çatacaq.

Tədris iki yarımilə bölünür. Birinci yarımil: 15 sentyabr-26 yanvar; ikinci yarımil: 1 fevral-14 iyun.

Tədris ili ərzində müəyyən edilən tətillər isə belədir: payız tətili – 16-20 noyabr (5 gün); qış tətili – 27-31 yanvar (5 gün); məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün əlavə tətil – 1-5 may (5 gün).

S.Xankişiyeva

 

 

Paylaş:
631

Son xəbərlər

Bütün xəbərlər