İkili diplom proqramı üzrə sənəd qəbulunun müddəti uzadılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İkili diplom proqramı üzrə sənəd qəbulunun müddəti uzadılıb

12:42 - 08 / 09 / 2020
İkili diplom proqramı üzrə sənəd qəbulunun müddəti uzadılıb

Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisas istiqaməti üzrə ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə bakalavriat səviyyəsinə sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, sənəd qəbulu 10 sentyabr saat 12:00-dək davam edəcək.

Qeyd edək ki, bakalavriat səviyyəsində təhsil dörd il müddətində və ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə İNHA-dakı təhsil ili üçün əlavə olaraq koreya dili tədris ediləcək.

İkili diplom proqramı ilə bağlı əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Paylaş:
499

Son xəbərlər

Bütün xəbərlər