Bu gün Milli Məclisin iclasında 9 məsələ müzakirə olunacaq - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Milli Məclisin iclasında 9 məsələ müzakirə olunacaq - SİYAHI

11:04 - 09 / 09 / 2020
Bu gün Milli Məclisin iclasında 9 məsələ müzakirə olunacaq - SİYAHI

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilir. İclasın gündəliyinə 9 məsələ daxil edilib.

Milli Məclisdən 1news.az-a verilən məlumata görə, tədbirdə 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabat təqdim ediləcək, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına baxılacaq.

Komitə üzvləri Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Sağlamlıq imkanlarında məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini müzakirə edəcəklər.

Qafar Ağayev

Paylaş:
488

Son xəbərlər

Bütün xəbərlər