Təhsil naziri məktəbin 3-cü mərtəbəsindən yıxılan şagirdə baş çəkib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil naziri məktəbin 3-cü mərtəbəsindən yıxılan şagirdə baş çəkib – FOTO

17:24 - 10 / 09 / 2020
Təhsil naziri məktəbin 3-cü mərtəbəsindən yıxılan şagirdə baş çəkib – FOTO

Sentyabrın 10-da Təhsil naziri Emin Əmrullayev üç gün əvvəl müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Bakı şəhəri 313 nömrəli tam orta məktəbin şagirdi Solmaz Hacıyevaya baş çəkib.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, məktəblinin müalicəsinin gedişi ilə maraqlanan Təhsil naziri şagirdin valideynləri və həkimlərlə görüşərək onlarla söhbət edib.

E.Əmrullayev şagirdin tez sağalması və normal həyata qayıtması üçün lazımi dəstək göstəriləcəyini bildirib.

S.Xankişiyeva

 

Paylaş:
664

Son xəbərlər

Bütün xəbərlər