Qanunsuz ov edən şəxslər cəzalandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

14:51 - 11 / 09 / 2020
Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xızı rayonunun Ağdərə kəndində və Qobustan rayonunun Duzan adlanan ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

1news.az-ın məlumatına görə, Xidmət rəisinin müavini Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Ramil Nəsirov, Şirvan şəhər sakini Ayaz Fərəməzov və Şamaxı rayon sakini Emin Mikayılov olduğu məlum olub və onlardan ov tüfəngləri götürülüb.

“Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub”.

1news.az

Paylaş:
709

Son xəbərlər

Bütün xəbərlər