Azərbaycanda daha 163 nəfər koronavirusa yoluxub, 171 nəfər sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 163 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə 1news.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 38037 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35440 nəfər müalicə olunaraq sağalıb, 557 nəfər vəfat edib, aktiv xəstə sayı 2 040 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7180, bu günə qədər isə ümumilikdə 995376 test icra olunub.
Qafar Ağayev
724