Uşaq bağçasından oğurluq: pianino, kompyüter, çılçıraq, 6 ədəd şəkil... | 1news.az | Xəbərlər
Cəmiyyət

Uşaq bağçasından oğurluq: pianino, kompyüter, çılçıraq, 6 ədəd şəkil...

17:00 - 11 / 09 / 2020
Uşaq bağçasından oğurluq: pianino, kompyüter, çılçıraq, 6 ədəd şəkil...

Bakıda uşaq bağçasında oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-dən 9-dək olan müddətdə M.Naxçıvani küçəsindəki uşaq bağçalarının birindən 24 420 manat dəyərində məişət əşyaları, pianino, kompyüter, çılçıraq, 13 ədəd istilik radiatoru, 6 ədəd şəkil, 2 ədəd kondisioner və 5 ədəd müşahidə kamerası oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Hüseynzadə saxlanılıb.

S.Xankişiyeva

 

 

Paylaş:
804

Son xəbərlər

Bütün xəbərlər