BNA ilk dərs günü ilə bağlı vətəndaşlara müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

BNA ilk dərs günü ilə bağlı vətəndaşlara müraciət edib

17:25 - 14 / 09 / 2020
BNA ilk dərs günü ilə bağlı vətəndaşlara müraciət edib

Bakı Nəqliyyat Agentliyi (BNA) ilk dərs günü ilə bağlı vətəndaşlara müraciət edib.

1news.az-ın verdiyi xəbərə görə, müraciətdə deyilir:

"Yeni tədris ilinin ilk günü küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir. Bunu nəzərə alaraq hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik. Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar".

S.Xankişiyeva

 

 

Paylaş:
604

Son xəbərlər

Bütün xəbərlər