“Yeni yumşalmalar, metronun fəaliyyəti və sosial məsuliyyət” – “Çıxışa döğru”-da MÜZAKİRƏ

COVİD-19 pandemiyasının qarşısını almaq üçün müxtəlif ölkələrdə fərqli tədbirlər həyata keçirilir. Bəzi ölkələrdə sərtləşdirilmiş karantin rejimi hökm sürür, bəzilərində isə yumşaldıcı addımlar atılır.
Bu gün ölkəmizdə atılan növbəti yumşaldıcı addımlardan biri Bakı Metropoliteninin fəaliyyətini bərpa etməsi oldu. Atılan bu addım metrodan istifadə edən şəxslərin qarşısında vətəndaş məsuliyyəti qoyur. Bu hər bir şəxsin üzərinə düşən sosial məsuliyyət hissidir.
Bildiyimiz kimi hər hansı bir şəxsin etik dəyərləri qiymətləndirməsi, həmçinin insanlara, cəmiyyətə və ətraf mühitə hörmətlə yanaşması onun sosial məsuliyyətindən xəbər verir.
1news-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Yeni yumşalmalar, metronun fəaliyyəti və sosial məsuliyyət” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb.
Verilişin qonaqları Milli Məclisin deputatı İlham Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr departamentinin məsləhətçisi Məhbubə Mehdiyeva, “Şərq-Qərb” Tibb Mərkəzinin psixoloqu Aytən Əliyeva və “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: