Polis 1 qumbara, 5 tüfəng və yüzlərlə patron aşkarlayıb

Noyabrın 27-də paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb.
1news.az xəbər verir ki, polis tərəfindən keçirilən tədbirlər nəticəsində 1 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 5 tüfəng, 3 patron darağı və 394 müxtəlif çaplı patron aşkarlanıb.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
36











