Övladını dərsdən sonra dərnəklərə yerləşdirmək istəyən valideynlərin NƏZƏRİNƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Övladını dərsdən sonra dərnəklərə yerləşdirmək istəyən valideynlərin NƏZƏRİNƏ

14:56 - 15 / 09 / 2020
Övladını dərsdən sonra dərnəklərə yerləşdirmək istəyən valideynlərin NƏZƏRİNƏ

2020-2021-ci tədris ili çərçivəsində cari ilin 15 sentyabr tarixindən başlayaraq Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində onlayn qaydada tədrisin təşkilinə başlanılır.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə fəaliyyət çərçivəsində uşaq-gənclər inkişaf mərkəzlərində təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii və texniki yaradıcılıq, turizm və diyarşünaslıq, ekologiya və intellekt istiqamətləri üzrə dərnəklərin, uşaq-gənclər idman-şahmat məktəblərində idmanın 29 növü üzrə qrupların fəaliyyəti nəzərdə tutulur.

Sözügedən dərnək və qruplara qeydiyyat üçün məktəbdənkənar təhsil müəssisələrinə müraciət edə bilərsiniz.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri haqqında məlumatı burdan əldə etmək mümkündür: Məktəbdənkənar təhsil müəssisələri

Qeyd edək ki, yaxın günlərdə məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına onlayn qaydada qeydiyyatın aparılması üçün elektron sistemin istifadəyə verilməsi planlaşdırılır.

Qafar Ağayev

Paylaş:
487

Son xəbərlər

Bütün xəbərlər