Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib - FOTO

16:04 - 15 / 09 / 2020
Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib - FOTO

Bu gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü ilə bağlı Türkiyəyə dəstək aksiyası keçirilib.

1news.az xəbər verir ki, aksiya pandemiya ilə bağlı sosial məsafə və maskadan istifadəyə dair təlimatlar yerinə yetirilməklə Şəhidlər Xiyabanı və Türk Şəhidliyinin qarşısında baş tutub.

Yüzlərlə insanın qatıldığı aksiyada "Türkiyə, Azərbaycanda qal!", "Türkiyə və Azərbaycan qardaşdır!", "Türkiyə və Azərbaycan dostluğu var olsun!" şüarları səsləndirilib.

1news.az

Paylaş:
682

Son xəbərlər

Bütün xəbərlər