Bu gün Azərbaycanda yeni tədris ili başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycanda yeni tədris ili başlayıb

09:00 - 15 / 09 / 2020
Bu gün Azərbaycanda yeni tədris ili başlayıb

Bu gün Azərbaycanda 2020-2021-ci tədris ili başlayıb.

1news.az xəbər verir ki, bu il tədris əvvəlki illərdən fərqli olaraq koronavirus pandemiyası ilə əlaqədər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə təşkil olunacaq.

Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.

2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1574206 şagirdin təhsil alacağı gözlənilir.

Trend-in məlumatına görə, şagirdlərin ümumi sayından 733279 nəfəri qız, 840927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165511, IX sinfində 132734, XI-XII-ci sinfində isə 85044 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60 məktəb-lisey, 50 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4440 məktəbin fəaliyyət göstərəcəyi gözlənilir.

Qafar Ağayev

Paylaş:
741

Son xəbərlər

Bütün xəbərlər