“Azərbaycan imkan verməyəcək ki, bir qarış da torpağımız erməni işğalı altında qalsın” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan imkan verməyəcək ki, bir qarış da torpağımız erməni işğalı altında qalsın”

17:40 - 16 / 09 / 2020
“Azərbaycan imkan verməyəcək ki, bir qarış da torpağımız erməni işğalı altında qalsın”

"Azərbaycan heç zaman imkan verməyəcək ki, bir qarış da torpağımız erməni işğalı altında qalsın".

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

X.Xələfov bildirib ki, biz heç zaman Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik. Bu, Ermənistanın xülyasıdır və yaxın zamanlarda iflasa uğrayacaq.

Nazir müavini qeyd edib ki, Azərbaycan daim inkişaf edir, ordusu güclənir: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daim inkişaf edir və güclənir”.

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Misirə səfəri zamanı səsləndirdiyi sərsəm fikirlərə münasibət bildirən nazir müavini bunun təxribat olduğunu vurğulayıb.

1news.az

Paylaş:
660

Son xəbərlər

Sabunçuda ev yanıb

Bu gün, 09:22

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər