Şəkidə 13 nəfər koronavirusa yoluxdu, bazar müvəqqəti bağlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə 13 nəfər koronavirusa yoluxdu, bazar müvəqqəti bağlandı

17:28 - 17 / 09 / 2020
Şəkidə 13 nəfər koronavirusa yoluxdu, bazar müvəqqəti bağlandı

Şəkidə "Bazar" adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı qeydə alınıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) 1news.az-a verilən məlumata görə, həmin ərazidə 01.09.2020 tarixindən bu günə qədər götürülən test nümunələrinin 13-də koronovirus testi pozitiv olub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır: "Epidemioloji vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Şəkidə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əksepidemik işlər aparılır.

Mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işləri məqsədilə, Operativ Qərargah tərəfindən bazarın müvəqqəti bağlanması qərarı verilib

Qafar Ağayev

Paylaş:
940

Son xəbərlər

Bütün xəbərlər