Dövlət Akademik Musiqili Teatrı mövsümü Ər və arvad”la açacaq

Sentyabr ayının 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 111-ci mövsümünü (onlayn) açıq elan edəcək.
1news.az xəbər verir ki, həmin gün Milli Musiqi Günümüz və Üzeyir Hacıbəylinin 135 illiyi münasibətilə dahi bəstəkarın ölməz əsərlərindən olan “Ər və arvad” musiqili komediyası saat 19:00-da sosial şəbəkə izləyicilərinin ixtiyarına veriləcək.
Sentyabrın 19-da "O olmasın, bu olsun", 20-də "Arşın mal alan" səhnə əsərləri də eyni saatda onlayn nümayiş olunacaq.
“Müvəqqəti də olsa, hələ ki bu üsülla layihələrimizi davam etdirəcəyik. Teatrdan ötrü çox darıxdığınızı bilirik. Ümidvarıq ki, hamımızın gözlədiyimiz gün uzaqda deyil”- deyə, Teatrdan bildiriblər.
1news.az
766