Deputat Şahin Seyidzadə vətəndaşlarla qəbul keçirib – FOTO

Dünən Abşeron Rayon Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatı Şahin Seyidzadə Ceyranbatan, Saray qəsəbələri və Novxanı kəndi üzrə vətəndaş qəbulları həyata keçirib.
1news.az-ın verdiyi xəbərə görə, adı çəkilən kənd və qəsəbələrdən ümumilikdə 13 seçici iştirak etdiyi görüşdə infrastruktur, təhsil, idman, məşğulluq, torpaq, sosial və mənzil məsələləri istiqamətində müraciətlər dinlənilib.
Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələrinin də iştirak etdiyi fərdi qəbullarda səsləndirilən mövzular barədə müvafiq qeydlər aparılaraq, qanunvericiliyin şərtləri ilə növbəti addımların formalaşdırılması üçün məsələlər icraata götürülüb.






S.Xankişiyeva
10917