Şamaxıda kişi keçmiş arvadını marketdə bıçaqla vurub öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda kişi keçmiş arvadını marketdə bıçaqla vurub öldürdü

12:40 - 17 / 09 / 2020
Şamaxıda kişi keçmiş arvadını marketdə bıçaqla vurub öldürdü

Şamaxı rayonunda qətl hadisəsi baş verib.

1news.az-ın məlumatına görə, hadisə rayonun M. Ə. Rəsulzadə küçəsində yerləşən "Ucuzluq" marketdə qeydə alınıb.

Rayon sakini Elton Hüseynov marketdə keçmiş həyat yoldaşı Xanım Teymurova ilə rastlaşıb. Tərəflər arasında yaranan mübahisə nəticəsində E. Hüseynov üzərində gəzdirdiyi bıçaqla X. Teymurovaya bir neçə zərbə endirib. Yaralı mağazadakıların köməkliyi ilə xəstəxanayaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Şamaxı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

1news.az

Paylaş:
653

Son xəbərlər

Sabunçuda ev yanıb

Bu gün, 09:22

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər