Su təsərrüfatı balansı və tədbirlər planı - “Çıxışa doğru”-da MÜZAKİRƏ

Ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında mühüm işlər görülür.
Bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni sututarların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə iri layihələr icra edilir. Həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafı sürətlənmiş, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sistemi əhəmiyyətli dərəcədə yaxşılaşmış və müasirləşdirilmişdir.
1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Su təsərrüfatı balansı və tədbirlər planı” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları ETSN-in Su Ehtiyatlarının İdarə Olunması şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov, Su ehtiyatlari üzrə ekspert, coğrafiya üzrə fəlsəfə doktoru Rafiq Verdiyev, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadov, “Azərsu” ASC-nin departament rəisi Aydın Abbasov mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: