Türkan qəsəbəsində bacısını öldürən şəxs polisə təslim olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkan qəsəbəsində bacısını öldürən şəxs polisə təslim olub

09:45 - 21 / 09 / 2020
Türkan qəsəbəsində bacısını öldürən şəxs polisə təslim olub

Bakıda bacısını öldürən şəxs polisə təslim olub.

1news.az-ın məlumatına görə, Xəzər rayonunun Türkan qəsəbəsində bacısı, 1996-cı il təvəllüdlü Aydan Babayevanı odlu silahla qətlə yetirən Məhəmməd Babayev hadisədən sonra polisə gedib və hadisəni törətdiyini etiraf edib. M.Babayev saxlanılıb.

Təqsirləndirilən şəxsin Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə ərazi nümayəndəsinin oğlu olduğu deyilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qafar Ağayev

Paylaş:
580

Son xəbərlər

Sabunçuda ev yanıb

Bu gün, 09:22

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər