Ramin Bayramlı: “İlkin olaraq əhalinin 20 faizinə vaksin vurulması epidemioloji vəziyyətə müsbət təsir göstərə bilər” | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramin Bayramlı: “İlkin olaraq əhalinin 20 faizinə vaksin vurulması epidemioloji vəziyyətə müsbət təsir göstərə bilər”

15:55 - 23 / 09 / 2020
Ramin Bayramlı: “İlkin olaraq əhalinin 20 faizinə vaksin vurulması epidemioloji vəziyyətə müsbət təsir göstərə bilər”

Aparılan araşdırmalara əsasən, ilkin mərhələdə əhlinin 20 faizinə koronavirusa qarşı vaksinin vurulması epidemioloji vəziyyətə müsbət təsir göstərə bilər.

1news.az-a məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun (KMDF) İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.

O qeyd edib ki, vaksinlərlə bağlı Azərbaycanda iki istiqamətdə iş aparılır. Bir istiqamət vaksinin ölkədə istehsal edilməsi, digər istiqamət isə xaridən alınaraq Azərbaycana gətirilməsidir: “Vaksinlərin hazırda Azərbaycanda istehsalı mümkün görünmür. Nəinki Azərbaycanda, bir çox ölkələrdə bu mümkün deyil. Ona görə də əsas istiqamət vaksinlərin xaricdən gətirilməsidir”.

1news.az

Paylaş:
937

Son xəbərlər

Bütün xəbərlər