XİN-in həbsdə olan daha bir sabiq əməkdaşı ev dustaqlığına buraxıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

XİN-in həbsdə olan daha bir sabiq əməkdaşı ev dustaqlığına buraxıldı

12:50 - 26 / 09 / 2020
XİN-in həbsdə olan daha bir sabiq əməkdaşı ev dustaqlığına buraxıldı

 

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyev ev dustaqlığına buraxılmaqla bağlı məhkəməyə müraciət edib.

Trend-in məlumatına görə, prosesdə vəsatətlərə baxılıb və qərar qəbul edilib. Məhkəmənin qərarı ilə İlqar Əliyev də ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, məhkəminin digər bir qərarı ilə Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev də ev dustaqlığına buraxılıb.

S.Xankişiyeva

 

Paylaş:
521

Son xəbərlər

Bütün xəbərlər