Ermənilərin yaraladığı mülki vətəndaşımızın - FOTOSU | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilərin yaraladığı mülki vətəndaşımızın - FOTOSU

10:11 - 27 / 09 / 2020
Ermənilərin yaraladığı mülki vətəndaşımızın - FOTOSU

Ermənistan silahlı qüvvələrinin bu gün səhər saatlarında törətdiyi təxribat nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Bu kəndlərdə onlarla ev ciddi ziyan görüb. Öz şəxsi mülkiyyətində yaşayan insanlar yaralanıb və həlak olub.

S.Xankişiyeva

 

Paylaş:
534

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər