Komendant saatı elan olunan yerlərdə icazələri bu qurumlar verəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Komendant saatı elan olunan yerlərdə icazələri bu qurumlar verəcək

23:17 - 27 / 09 / 2020
Komendant saatı elan olunan yerlərdə icazələri bu qurumlar verəcək

Xəbər verdiyimiz kimi, sentyabrın 28-dən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa, Qazax rayonlarında saat 21:00-dan 6:00-dək komendant saatı elan olunur və küçəyə çıxmağa qadağa qoyulur. 

1news.az bildirir ki, Prezident köməkçisi Hikmət Hacıyev məlumat verib ki, sözügedən yerlərdə müvafiq icazələrin alınması ASAN xidmət və Daxili İşlər Nazirliyi vasitəsilə aparılacaq. 

İcazələr elektron icazə formatında həyata keçiriləcək.

Qeyd edək ki, sabahdan ölkədə hərbi vəziyyət elan olunur.

1news.az

Paylaş:
479

Son xəbərlər

Bütün xəbərlər