Vaqif Dərgahlı: Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Vaqif Dərgahlı: Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib

14:17 - 28 / 09 / 2020
Vaqif Dərgahlı: Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib

Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub.

Bunu 1news.az-a Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordudan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır:

"Bəzi xəbərlərə görə artıq həmin postlarda silahın tətbiqi ilə ciddi insidentlər qeydə alınıb, ölən və yaralananlar var".

Paylaş:
249

Son xəbərlər

Bütün xəbərlər