Baş Prokurorluq: Ermənilərin təxribatları nəticəsində 12 nəfər həlak olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq: Ermənilərin təxribatları nəticəsində 12 nəfər həlak olub

18:32 - 29 / 09 / 2020
Baş Prokurorluq: Ermənilərin təxribatları nəticəsində 12 nəfər həlak olub

Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 35 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, 12 nəfər şəxs isə həlak olmuşdur.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, təcavüzkar Ermənistanın mülki obyektləri atəşə tutması nəticəsində 66 yaşayış evi, 8 mülki obyekt yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin ediləcəkdir.

S.Xankişiyeva

 

Paylaş:
270

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər