Gənclərin vətənpərvər ruhda tərbiyə olunması bu günün reallığıdır - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO

Gənclərin aparıcı qüvvə olaraq dövlətin yükünü öz üzərində daşıması sözügedən məsələyə son dərəcə məsuliyyətlə yanaşmaq reallığını ortaya çıxarır. Gənclərdə vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrindədir.
Hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissləri yüksək olmalıdır. Azərbaycan dövləti tərəfindən son illər bu istiqamətdə bir sıra addımlar atılır, sistemli işlər görülür. Bütün bunlarla yanaşı, gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması,ilk növbədə,onların milli-mənəvi özünüdərkindən keçir. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Xüsusilə də nəzərə almaq lazımdır ki, Azərbaycan ordusu sərhədboyu bütün istiqamətlərdə erməni təcavüzkarlarına qarşı ərazi bütövlüyümüz uğrunda mübarizə aparır...
1news.az-ın məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Gənclərin vətənpərvər ruhda tərbiyə olunması bu günün reallığıdır” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə, 45 saylı orta məktəbin direktoru,şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, filologiya elmləri doktoru, media üzrə ekspert Vüqar Zifəroğlu, tədqiqatçı-jurnalist Aida Eyvazlı mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: