Ermənilər Ağdamda yaşayış məntəqəsini atəşə tutub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilər Ağdamda yaşayış məntəqəsini atəşə tutub

11:53 - 29 / 09 / 2020
Ermənilər Ağdamda yaşayış məntəqəsini atəşə tutub

Erməni silahlı birləşmələrinin qoşunların təmas xəttində yerləşən kəndləri intensiv atəşə tutması nəticəsində evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.

1news.az APA-ya istinadən bildirir ki, ermənilərin atdığı çoxsaylı mərmilər Ağdam rayonunun Baharlı qəsəbəsində məskunlaşmış Qiyaslıdan olan məcburi köçkün Qalib Babayevin yaşadığı evə düşüb.

Nəticədə ev dağılıb, ciddi ziyan dəyib.

1news.az

Paylaş:
241

Son xəbərlər

Bütün xəbərlər