Müdafiə Nazirliyi: Alayın komanda məntəqəsinə atəş zərbəsi endirilib, çoxlu sayda ölən və yaralanan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi: Alayın komanda məntəqəsinə atəş zərbəsi endirilib, çoxlu sayda ölən və yaralanan var

13:14 - 30 / 09 / 2020
Müdafiə Nazirliyi: Alayın komanda məntəqəsinə atəş zərbəsi endirilib, çoxlu sayda ölən və yaralanan var

Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var.

Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir.

1news.az

Paylaş:
223

Son xəbərlər

Bütün xəbərlər