EKONOM TAKSI * 91-11, Silahlı Qüvvələrə Yardım Fonduna 5000 manat bağışladı

EKONOM TAKSI * 91-11 mövcud hadisələrdən kənarda qala bilməz - Azərbaycan və Ukrayna xalqlarının dərdlərinin çox oxşar cəhətləri var.
"Azərbaycanda yaşadığım və işlədiyim 5 il yarım ərzində Respublikanın, Azərbaycan xalqının acıları mənə də yaxın oldu. Buna görə də COVID-19-un yaratdığı çətinliklərə baxmayaraq şirkətimiz baş verənlərdən kənarda qala bilməzdi. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək işinə töhfə vermək üçün fürsət tapdıq və Silahlı Qüvvələrə Yardım Fonduna 5.000 manat vəsait ayırdıq.
Axı, bildiyiniz kimi, okean damlalardan ibarətdir və hər manat ümumi qələbəmizə və respublikanın çiçəklənməsinə böyük bir töhfədir. Azərbaycan vətəndaşlarına bildirin ki, Ukrayna hər zaman qardaş xalq olub və olacaq” şirkətin təsisçisi və rəhbəri Aleksey Jarkov qeyd edib.
1news.az