“Hərbi dərslər bərpa olunmalıdır” - deputat | 1news.az | Xəbərlər
Cəmiyyət

“Hərbi dərslər bərpa olunmalıdır” - deputat

12:56 - 30 / 09 / 2020
“Hərbi dərslər bərpa olunmalıdır” - deputat

“Ali və orta məktəblərdə hərbi dərslər bərpa olunmalıdır”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib:

“Biz orta və ali məktəblərdə hərbi dərsləri ləğv etməyimizin fəsadını yaşadıq. Müharibə şəraitini nəzərə alaraq təcili orta və ali məktəblərdə hərbi dərslərin bərpa olunmasını təmin etməliyik. Bu gün çox sayda insanlarımız adi silahla davranış qaydalarını bilmir”.

Deputat deyib ki, səfərbərliklə bağlı qanunvericiliyə də dəyişlik edilməlidir:

“Bir ailədə tək uşağı, yaxud bir ailənin bütün uşaqlarını səfərbərliyə cəlb edirlər. Əlbəttə, bu, vətənlə, torpaqla bağlı məsələdir. Amma sosial müavinətlə bağlı xüsusi müddəalar olmalıdır. Bir uşağı əsgərə gedən ailələri qanunvericiliklə müəyyən müavinətlərlə təmin etməliyik. Arxa cəbhədə kiminsə bir sıxıntısı qalanda bu, həmin insanın döyüş ruhuna da təsir edəcək”.

Qafar Ağayev    

 

Paylaş:
477

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər