Erməni hərbi hissəsinin məhv edilmiş komandirinin yerinə dezertir təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Erməni hərbi hissəsinin məhv edilmiş komandirinin yerinə dezertir təyin edilib

16:14 - 01 / 10 / 2020
Erməni hərbi hissəsinin məhv edilmiş komandirinin yerinə dezertir təyin edilib

Madagizdə yerləşən 6-cı dağatıcı alayın komandiri və onun müavini Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə məruz qalıb və ağır yaralı olaraq sıradan çıxarılıblar.

1news.az Trend-ə istinadən bildirir ki, qeyd edilən hərbi hissə komandirinin yerinə 10-cu dağatıcı diviziyanın komandir müavini Gevorg Mangalaryan təyin edilib.

Qeyd edək ki, G.Mangalaryan 2016-cı il aprel döyüşləri zamanı döyüş meydanını özbaşına tərk etdiyi üçün ciddi şəkildə cəzalandırılıb. Lakin sonradan yüksək rütbəli qohumlarının müdaxiləsi nəticəsində yenidən bəraət qazanıb və müvafiq vəzifəyə təyin edilib.

Məlumdur ki, Mangalaryan komandanlığın etimadını qazanmayıb, əsgərlər və kiçik zabitlər arasında nüfuzu yoxdur.

1news.az

Paylaş:
249

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər