Sahibə Qafarova Küveytin Azərbaycandakı səfirliyində olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibə Qafarova Küveytin Azərbaycandakı səfirliyində olub

17:29 - 01 / 10 / 2020
Sahibə Qafarova Küveytin Azərbaycandakı səfirliyində olub

Oktyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyində olub.

Parlamentdən 1news.az-a verilən məlumata görə, Milli Məclisin Sədri Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı ilə əlaqədar Azərbaycan dövləti və xalqı adından başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Sahibə Qafarova Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə söhbət edib, ona başsağlığı verib.

Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Azərbaycan Respublikasının rəhbərliyinə və xalqına minnətdarlıq ifadə edib.

1news.az

Paylaş:
249

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər