Sabahın havası: yağış yağacaq, dolu düşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın havası: yağış yağacaq, dolu düşəcək

14:19 - 02 / 10 / 2020
Sabahın havası: yağış yağacaq, dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabr ayının 3-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər saatlarında zəif duman olacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-24, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 50-60 faiz  olacaq.  

Oktyabrın 3-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir  duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-19, gündüz 22-26, dağlarda gecə 3-8, gündüz  8-12 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 3-4-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

1news.az

Paylaş:
395

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər