Düşmən yaşayış məntəqələrini artilleriya atəşinə tutmağa davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Düşmən yaşayış məntəqələrini artilleriya atəşinə tutmağa davam edir

09:59 - 02 / 10 / 2020
Düşmən yaşayış məntəqələrini artilleriya atəşinə tutmağa davam edir

Azərbaycan Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, mülki əhali arasında ölən və yaralananlar var.

Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.

Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək.

Qafar Ağayev

Paylaş:
210

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər