Bu günün statistikası: 130 nəfər COVID-19-a yoluxdu, 142 nəfər sağaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: 130 nəfər COVID-19-a yoluxdu, 142 nəfər sağaldı

18:26 - 04 / 10 / 2020
Bu günün statistikası: 130 nəfər COVID-19-a yoluxdu, 142 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 130 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 40 691 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 496 nəfər müalicə olunaraq sağalıb, 596 nəfər vəfat edib, aktiv xəstə sayı 1 599 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 794, ötən müddət ərzində isə ümumilikdə 1 137 121 test aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
347

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər