Ermənistanın atəşi nəticəsində 3 uşaq həlak olub, 7-si yaralanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanın atəşi nəticəsində 3 uşaq həlak olub, 7-si yaralanıb

14:01 - 05 / 10 / 2020
Ermənistanın atəşi nəticəsində 3 uşaq həlak olub, 7-si yaralanıb

Sentyabrın 27-dən indiyə qədər ermənilərin Azərbaycanın mülki əhalisini atəşə tutması nəticəsində həlak olan 24 nəfərin 3-ü uşaqdır.

1news.az xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib.

G.Səlimzadə bildirib ki, sentyabrın 27-dən indiyə qədər 24 mülki şəxs həlak olub. Onlardan 5-i qadın, 3-ü uşaqdır.

Onun sözlərinə görə, xəsarət alan 121 nəfərin isə 30-u qadın, 7 uşaqdır.

Qafar Ağayev

Paylaş:
441

Son xəbərlər

Bütün xəbərlər