“AzeriMed”  Milli Orduya 500 min manat vəsait ayırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

“AzeriMed”  Milli Orduya 500 min manat vəsait ayırdı

15:05 - 05 / 10 / 2020
“AzeriMed”  Milli Orduya 500 min manat vəsait ayırdı

Ölkəmizdə  Qarabağımızın  işğaldan azad olunması uğrunda ümumxalq müharibəsi gedir.  Sentyabrın 27-dən başlayan döyüşlərdə  düşmən ağlasığmaz vətənpərvərlik və rəşadət göstərən igid döyüşçülərimizin qarşısında dayana bilməyib, bütün cəbhə boyu öz mövqelərini buraxaraq Ermənistana qaçır.

 Azərbaycan Respublikasında elan olunmuş qismən səfərbərliyə əsasən, ehtiyatda olan hərbçilər və müxtəlif kateqoriyalı mütəxəssislərin ordu sıralarına  çağırılması  prosesinə “AzeriMed” MMC-nin əməkdaşları da dərhal böyük ruh yüksəkliyi və mütəşəkkilliklə  qoşulmuşlar. Qısa müddət ərzində şirkətimizin ayrı-ayrı  bölmələrinin xeyli əməkdaşı  səfərbər olunaraq ordu sıralarına, hərbi hissələrin tabeçiliyinə yola salınmışlar. Həmin  əməkdaşlarımızın hamısının iş yeri və vəzifəsi saxlanılmaqla, əmək haqqlarının tam şəkildə ödənilməsi  təmin olunacaqdır.

 “AzeriMed”MMC  rəhbərliyinin orduya dəstək məqsədilə  ayırdığı 500 min manatlıq həyati vacib əhəmiyyətli sərfiyyat materialları və dərman preparatları da davamlı şəkildə Azərbaycan Ordusunun sərəncamına göndərilir.Hər zaman dövlətimizin, ordumuzun yanında olan şirkətimiz ümumi qələbəmiz üçün dəstək aksiyalarını davam etdirəcəkdir.

Qarabağ Azərbaycandır! #KarabakhisAzerbaijan #AzeriMed

1news.az

Paylaş:
461

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər