İbtidai sinif şagirdlərinin əyani dərs saatları artırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İbtidai sinif şagirdlərinin əyani dərs saatları artırılıb

16:30 - 05 / 10 / 2020
İbtidai sinif şagirdlərinin əyani dərs saatları artırılıb

Oktyabrın 5-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri həftədə 3 dəfə əyani təhsilə cəlb ediliblər.

Təhsil Nazirliyindən verilən məlumata görə, bununla da onların əyani formada dərs saatları 8-dən 10 və ya 11 saata (həftəaşırı) qədər artıb. Bu, siniflər 2 yarımqrupa bölündüyü halda hər yarımqrupa düşən əyani dərslərin sayıdır. Sinifdə sosial məsafəni qorumaq mümkündürsə, şagirdlər yarımqruplara bölünmür, bu zaman 12 və ya 13 saat əyani dərs alırlar.

Yeni normalara əsasən, ölkənin digər regionlarında yerləşən və şagird sayı 200-dən az olan məktəblər bu həftədən ibtidai təhsil səviyyəsində ənənəvi formada, yəni həftədə 5 dəfə olmaqla bütöv sinif komplektində oxuya bilərlər. Bu zaman məktəb rəhbərliyi sinifdə sosial məsafənin gözlənilməsini əsas meyar götürərək qərar verməlidir. Hazırda şagird sayı 200-dən az olan və sinifdə şagird sıxlığı sosial məsafəni gözləməyə imkan verən ümumi təhsil müəssisələrinin sayı 1700-ə yaxındır. Şagird sıxlığı epidemioloji vəziyyətin tələb etdiyi normaya uyğun olmadığı region məktəblərində əyani formada dərslər həftədə 3 dəfə olmaqla davam edəcək.

1news.az

Paylaş:
336

Son xəbərlər

Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edibBu gün, 10:13Silahlı Qüvvələr günü münasibətilə Qusarda qazilərlə görüş keçirilib - FOTOBu gün, 10:06Kamaləddin Qafarov: “Ordumuz çox böyük tarix yazıb”Bu gün, 10:00İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edibBu gün, 09:38Kəlbəcərdə qəza olub - Ölən və yaralananlar varBu gün, 09:28Ağcabədidə oğurluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 09:24Rəşadətli Azərbaycan Ordusu 106 yaşındaBu gün, 09:11Müdafiə Naziri: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir25 / 06 / 2024, 22:27Dövlət başçısı bəzi hərbi qulluqçulara ali hərbi rütbə verdi25 / 06 / 2024, 22:23Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edildi25 / 06 / 2024, 22:20Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib25 / 06 / 2024, 22:11Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib25 / 06 / 2024, 21:47Müəllimlərin sertifikasiya imtahanlarında zəif nəticə göstərən bölgələr açıqlanıb25 / 06 / 2024, 17:50SABAH qrupları bakalavriat səviyyəsində müəllimlərin işə qəbulu üzrə müsabiqə elan olunur25 / 06 / 2024, 17:39Milli Məclisin 28 iyunda keçiriləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI25 / 06 / 2024, 17:27Agentlik monitorinq keçirdi - Bəzi dondurmalarda bakteriya aşkar edilib - FOTO25 / 06 / 2024, 17:12PAŞA Holding-in tələbələr üçün təşkil etdiyi “Əlaçı” təqaüd proqramının bağlanış tədbiri baş tutub - FOTO25 / 06 / 2024, 17:06Xidmət rəisindən güclü küləklə bağlı əhaliyə müraciət25 / 06 / 2024, 16:56AFFA iki kluba texniki məğlubiyyət verib25 / 06 / 2024, 16:49Ərdoğan və Putin arasında telefon danışığı olub25 / 06 / 2024, 16:45
Bütün xəbərlər