Azərbaycan Ordusunun zəfər yürüşü və erməni təxribatı - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun zəfər yürüşü və erməni təxribatı - “Çıxışa doğru”da MÜZAKİRƏ

20:20 - 05 / 10 / 2020
Azərbaycan Ordusunun zəfər yürüşü və erməni təxribatı - “Çıxışa doğru”da MÜZAKİRƏ

Sentyabrın 27-də düşmən ölkənin təxribatı ilə başlayan döyüşlər Silahlı Qüvvələrimizin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı üçün təhdid olan istənilən hadisəyə, təxribata, təcavüzə hazırlıqlı olduğunu, Azərbaycan əsgərinin səngərdə, ön cəbhədəki ayıq-sayıqlığını, Azərbaycan xalqının mərdliyini, bütün dünya azərbaycanlılarının milli həmrəyliyini, Azərbaycanın işğalla heç vaxt barışmayacağını və Azərbaycan xalqının öz ərazi bütövlüyünün qorunması və bərpası uğrunda hər zaman hazır olduğunu növbəti dəfə sübut etdi...

1news.az-ın məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Azərbaycan Ordusunun zəfər yürüşü və erməni təxribatı” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, yazıçı, dramaturq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı və “ASAN Radio”nun rəhbəri Emin Musəvi mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

S.Xankişiyeva

 

 

Paylaş:
562

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər