Bakıda mikroavtobus piyadanı vurduqdan sonra divara çırpıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mikroavtobus piyadanı vurduqdan sonra divara çırpıldı - FOTO

10:23 - 05 / 10 / 2020
Bakıda mikroavtobus piyadanı vurduqdan sonra divara çırpıldı - FOTO

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı mikroavtobus qəzaya uğrayıb.

1news.az APA-ya istinadən bildirir ki, hadisə Biləcəri enişi kimi tanınan ərazidə qeydə alınıb.

60 yaşlı Əliş Məmmədov piyadalar üçün müəyyən edilməyən hissədən keçərkən onu "Hyundai" markalı mikroavtobus vurub. Daha sonra mikroavtobus idarəetmədən çıxaraq səkiyə çırpılıb. Zərbənin gücündən "Hyundai" yerüstü körpünün beton divarına dəyib. Mikroavtobus deformasiyaya uğrayıb.

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları gəlib. Yaralı piyada Təcili Tibbi Təxirəsalınmaz Yardım Xidmətinin əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib. "Hyundai" markalı mikroavtobusun sürücüsü Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. 

1news.az

 

Paylaş:
341

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər