Milli Məclis Madagizin Suqovuşan adlandırılmasını təsdiq etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclis Madagizin Suqovuşan adlandırılmasını təsdiq etdi

12:12 - 06 / 10 / 2020
Milli Məclis Madagizin Suqovuşan adlandırılmasını təsdiq etdi

Milli Məclis bir neçə gün öncə Azərbaycan Ordusu tərəfndən erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələr zamanı ordumuz tərəfindən bu tarixi qələbə yüksək qiymətləndirilib və Azərbaycan ordusunun tam zəfər qazanacağına inam ifadə olunub. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

1news.az

Paylaş:
597

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər