Azərbaycanda koronavirus: 182 yeni yoluxan, 145 sağalan, 2 ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirus: 182 yeni yoluxan, 145 sağalan, 2 ölən var

15:40 - 07 / 10 / 2020
Azərbaycanda koronavirus: 182 yeni yoluxan, 145 sağalan, 2 ölən var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 182 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 41 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 858 nəfər müalicə olunaraq sağalıb, 602 nəfər vəfat edib, aktiv xəstə sayı 1 653 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 261, ötən müddət ərzində isə ümumilikdə 1 150 658 test aparılıb.

Qafar Ağayev

Paylaş:
526

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər