9 ayda əhaliyə ödənilən pensiya və sosial müavinətin məbləği açıqlandı - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

9 ayda əhaliyə ödənilən pensiya və sosial müavinətin məbləği açıqlandı - RƏSMİ

16:38 - 07 / 10 / 2020
9 ayda əhaliyə ödənilən pensiya və sosial müavinətin məbləği açıqlandı - RƏSMİ

9 ayda sosial təminat üzrə ötən ilin eyni dövrünə nisbətən 853,8 milyon manat çox olmaqla 4 milyard 302 milyon manat vəsait ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 1news.az-a bildirilib ki, nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-sentyabr aylarında ümumilikdə 2 milyon 631 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Bu təminat növləri üzrə əhaliyə bu ilin 9 ayında ötən ilin eyni dövrünə nisbətən 24,8% və ya 853,8 mln. manat çox olmaqla 4 mlrd. 302 mln. manat ödənilib.

Qafar Ağayev

Paylaş:
595

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər