Türkiyə mətbuatı: Azərbaycan ordusu Ermənistanı öz silahları ilə vurur | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə mətbuatı: Azərbaycan ordusu Ermənistanı öz silahları ilə vurur

17:31 - 08 / 10 / 2020
Türkiyə mətbuatı: Azərbaycan ordusu Ermənistanı öz silahları ilə vurur

Cəbhədə gedən son vəziyyəti canlı olaraq Türkiyə xalqına çatdıran "A Haber" kanalı maraqlı faktlar açıqlayıb.

1news.az-ın Baku.ws-ə istinadən verdiyi xəbərə görə, Bərdədə olan türk jurnalist Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun sponsoru olduğunu söyləyib. 

Kerim Ulak adlı jurnalist Azərbaycan ordusunun çox sayda erməni tankını qənimət götürdüyünü və bu tankların hər birinin 1,5 milyon dollar qiyməti olduğunu açıqlayıb.  

"Qənimət olaraq götürülən hərbi texnikalar sonradan Ermənistan ordusuna qarşı istifadə edilir. Bir sözlə, Ermənistanın öz silahı özünə qarşı istifadə olunur".

1news.az

Paylaş:
546

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər