“İkinci Qarabağ müharibəsi ictimai rəydə” - Sorğunun nəticələri nə deyir? - “Çıxışa doğru”da MÜZAKİRƏ
Tədqiqatın nəticələrinin əhatəliliyini təmin etmək istiqamətində məlumatların toplanılmasının kəmiyyət metodunda əhalinin 18 yaşdan yuxarı hissəsi arasında milli-reprezentativ təsadüfi seçmə vasitəsilə sorğu keçirilib.
Tədqiqat çərçivəsində respondentlərin seçiminin ilk mərhələsində hər iqtisadi rayon üzrə sorğuda iştirak edəcək respondent sayı müəyyənləşdirilib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən nəticələrin xəta əmsalı 95 faiz əminlik intervalında 2,0 faiz təşkil edir. Əldə olunmuş nəticələr birinci mərhələdə 12 iyul Tovuz döyüşləri ərəfəsində Azərbaycan cəmiyyətinin potensial müharibə vəziyyəti ilə əlaqədar mövqeyi və gözləntilərini özündə əks etdirdiyi halda, ikinci mərhələ Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən II Qarabağ müharibəsinə cari vəziyyətdə ictimai münasibətin və həmrəylik səviyyəsinin öyrənilməsindən ibarətdir.
1news.az-ın məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “İkinci Qarabağ müharibəsi ictimai rəydə” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli, Azərbaycan Televiziyasının əməkdaşı, hərbi reportyor Ədil Arifoğlu, “Milli Qəhrəmanları Tanıtma” İB-nin Nərimanov rayon sədri Ədhəm Məmmədov və “İRƏLİ” Medianın rəhbəri Məleykə Tağızadə mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: